Bakıda mağazadan oğurluq edilib. 

Unikal.org-un lent.az-a istinadən məlumatına görə, Hövsan qəsəbəsi Çöllük küçəsində yaşayan Əliyev Rəfael Soltan oğlu polisə müraciət edərək bildirib ki, gecə saatlarında naməlum şəxs və ya şəxslər onun həyətinə bitişik olan mağazasını yarıb. Mağazadan 190 manatlıq siqaret, 110 manatlıq ətir, 75 manatlıq ərzaq məhsulları, 50 manatlıq spirtli içki və dəyəri 110 manat olan dvd aparatı aparılıb.

Faktla bağlı araşdırma aparılır.