Sentyabrın 27-də Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının komandanı kontr-admiral Sergey Pinçukun rəhbərliyi ilə "Uqliç" kiçik raket gəmisinin Bakıya rəsmi səfəri planlaşdırılıb.

Unikal.org-a Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək.

Rusiya nümayəndə heyətinin Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşü, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə səfəri, eləcə də "ADEX-2016" 2-ci beynəlxalq müdafiə Sərgisində iştirakı da nəzərdə tutulub.

Bundan başqa, gəminin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır.
Səfər sentyabrın 30-dək davam edəcək.