Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən tibb müəssisələrində yaradılan şəraitlə, görülən işlərlə tanış olmaq və real vəziyyətlə bağlı əhalini məlumatlandırmaq məqsədi ilə Yevlax, Göygöl və Gəncəyə press-tur təşkil edib.

Unikal.org-un qafqazinfo-ya istinadən məlumatına görə, KİV nümayəndələri həmin rayonların xəstəxanalarında qurulan şəraitlə tanış olublar.

Göygöl MRX-nın baş həkimi Hamlet Ömərov bildirib ki, xəstəxanada son illər ərzində ana və körpə ölümlərinin sayı azalıb:

"Göygöl Mərkəzi Rayon Xəstəxanası 1930-cu ildə yaradılıb. Həmin vaxt mərkəzi xəstəxana almanlar tərəfindən inşa edilmiş, 11 müxtəlif uyğunlaşdırılmış binada yerləşdirilib. Bu isə keyfiyyətli müalicələrin aparılmasına mənfi təsir göstərirdi. 2009-cu ilin may ayında xəstəxana kompleksi tikilməyə başladı. Xəstəxana istifadəyə verilənə kimi, 1 ildə 3 minə yaxın xəstə müraciət edirdi. Yeni korpus tikildikdən sonra, yəni 2015-ci ildə isə 5300 qədər xəstə bizə müraciət edib. Məsələn, 2007-ci ildə köhnə xəstəxanada 1 ildə 400 körpə, 2015-ci ildə isə 2038 körpə dünyaya gəlib

Yenə həmin ildə xəstəxananın cərrahiyə şöbəsində cəmi 500 əməliyyat aparılırdısa, hazırda 1670 cərrahi əməliyyat aparılıb. Əvvəl bizdə 385 çarpayı var idi. Kənd səhiyyə ocaqları daxil olmaqla çarpayı sayı 181-ə endirilib. Çarpayının azaldılmasına baxmayaraq xəstələrin müalicə müddətinin azadılması yönündə hər şey yaxşılaşdırılıb. 2016-ci ildə əhalinin tibbi kütləvi müayinəsi keçirildi. Göygöl rayonunda 62 min əhali yaşayır. Onların 47 mini 18 yaşdan yuxarıdır. 38 min əhali isə tibbi müayinəyə cəlb olundu. Onların bəzilərində xəstəliklər aşkarlandı, ambulator və sosial muayinəyə cəlb olundular. Cəmi 21 nəfər Bakı şəhərinə ixtisaslaşmış yardım almaq üçün göndərildi. Səhiyyədə böyük irəliləyişlər var.

Xəstəxanada müasir cihazlar qurlaşdırılıb. Şüa-diaqnostika şöbəmiz də mövcuddur. Burada rentgen otaqlarımız var, lazım olan analizləri öz laboratoriyalarımızda tətbiq edirik. Bizdə daimi su ilə təchizat var. 200 kub metr tutumlu su hovuzumuz var. Bundan əlavə yanğın söndürən hovuzumuzda mövcuddur. Son illər bizdə uşaq və ana ölümü yoxdur. Digər xəstəliklərin aşkarlanması və müalicəsi vardır. Bizim rayonda qara yara, göy öskürək kimi xəstəliklər aşkar olunmur. Çünki vaxtında peyvəndlər vurulub. Biz də orta tibb işçiləri və həkimlərə vakansiya yerlərimiz var. 34 həkim yeri, 25-30 nəfər tibb işçisi vakansiyaları mövcuddur..

Media tur çərçivəsində Gəncə şəhərinin Səhiyyə İdarəsində mətbuat konfransı keçirilib.Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev qeyd edib ki, idarənin tabeliyində 35 müəssisə fəaliyyət göstərir: "Bu müəssisələrdən 16-sı stasionar, 19-u poliklinik tiplidir. Bölgədə ən böyük xəstəxanalardan biri olan 285 çarpayılıq A. Səhhət adına 1 nömrəli şəhər xəstəxanası, 80 çarpayılıq Yoluxucu xəstəliklər xəstəxanası, 6 saylı poliklinika əsaslı təmir olunub. Şəhərdə ixtisaslaşmış sahələr üzrə Psixiatriya xəstəxanası, Endokrinolojin xəstəxana, Vərəm Əleyhinə Xəstəxanası, Oftamoloji Xəstəxana, Kardioloji Xəstəxana və s.


Səhiyyə İdarəsinin tabeliyində olan tibb müəssisələrində 794 həkim, onlardan 1 tibb elmləri doktoru, professir, 12 tibb elmləri namizədi, 1636 tibb bacısı işləyir. Tibb işçilərinin bilik və peşə baraığının artırılması istiqamətində tədbirlər diqqət mərkəzində saxlanılır. 2016-cı il ərzində 158 həkim, 233 orta tibb işçisi təkmilləşmə kurslarında olub.

Bundan sonra media nümayəndələri Yevlax rayon xəstəxanasına baş çəkiblər. Baş həkim İlhami Quliyev jurnalistlərə bildirib ki, xəstəxanaya bu il 4000 xəstə müraciət edib.

"Bizim xəstəxana 2012-ci ildə istifadəyə verilib. 175 çarpayılıq bir xəstəxanadır. Müxtəlif şöbələr fəaliyyət göstərir. Əhaliyə yüksək səviyyədə pulsuz xidmət göstərilir. Bir il ərzində 3500-4000 xəstə qəbul edilib. Bu xəstələrdən cəmi 94-ü Bakı və digər bölgələrə göndərilib. Digər xəstələr isə burada müalicə olunub. Göndərilən xəstələrin əksəriyyəti onkoloji və vərəm olan xəstələrdir.



Ən çox onkoloji xəstələr bizə müraciət edir. Daha sonra ürək-damar sistemindəki problemlərlə bağlı xəstəxanamıza yaxınlaşırlar. Xəstəxanada 218 nəfər həkim, 564 tibb işçiləri işləyir. Həkimlərdən bəzi sahələrdə kadrlara ehtiyac var. Bizdə 7 ilə yaxındır ki, ana ölümləri yoxdur. Qadın məsləhətxanasının fəaliyyətinə güc vermişik. 3 aydan bir kənd və şəhər mərkəzində hamilə qadınlarla görüş keçirilir. Bu səbəbdən ana ölümlərinin qarşısı alınır. Son 6 ayda qeysəriyyə əməliyyatları etməyə başlamışıq. Əvvəl bizdə cərrah yox idi, indi isə yüksək ixtisaslı həkim var.

Bu xəstəxanalarda ana ölümü baş verməyib... -  Fotolar
Bu xəstəxanalarda ana ölümü baş verməyib... -  Fotolar
Bu xəstəxanalarda ana ölümü baş verməyib... -  Fotolar
Bu xəstəxanalarda ana ölümü baş verməyib... -  Fotolar
Bu xəstəxanalarda ana ölümü baş verməyib... -  Fotolar