Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin tabeliyində olan müəssisələrdə səsvermə davam edir.

Unikal.org-un məlumatına görə, Müalicə Müəssisəsində 24 saylı Nizami Seçki Dairəsinin 36 saylı məntəqəsi təşkil edilib. Məntəqənin sədri Məhəmməd Əhmədov bildirib ki, siyahı üzrə 350 nəfər seçici var. Onun sözlərinə görə, hazırda 180 məhkum səs verib.

10 saylı Cəzaçəkmə Müəssisəsində isə 18 saylı Nərimanov-Nizami Seçki Dairəsinin 35 saylı məntəqəsi yaradılıb. Məntəqənin sədri Elşad Əhmədov bildirib ki, siyahı üzrə 971 seçici var, indiyə qədər 500 nəfər səsvermədə iştirak edib.