Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində də məhkumlar referendumla bağlı səs veriblər.

Unikal.org trend-ə istinadən bildirir ki, müəssisədə 8 saylı Binəqədi 1-ci Dairə Seçki Komissiyasının 40 saylı seçki məntəqəsi fəaliyyət göstərir.

Səhər saat 08:00-dan fəaliyyət göstərən məntəqədə 6 seçici kabinəsi yaradılıb. Məntəqə sədri Ataxan Bədəlov bildirib ki, seçki məntəqəsində seçki prosesi tam normal davam etdirilir. Saat 15:00-dək müəssisədə cəza çəkən məhkumların əksəriyyəti səs verib: "Seçki prosesini məntəqə seçki komissiyasının üzvləri ilə yanaşı, yerli müşahidəçilər və jurnalistlər izləyirlər. Məhkumlar öz istəkləri ilə məntəqəyə gəlib səs verirlər. Bizə bu şəraiti yaratdığı üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyinə minnətdarlığımızı bildiririk".

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.
11 saylı cəzaçəkmə müəssisəsində məhkumların əksəriyyəti səs verib - FOTO
11 saylı cəzaçəkmə müəssisəsində məhkumların əksəriyyəti səs verib - FOTO
11 saylı cəzaçəkmə müəssisəsində məhkumların əksəriyyəti səs verib - FOTO
11 saylı cəzaçəkmə müəssisəsində məhkumların əksəriyyəti səs verib - FOTO
11 saylı cəzaçəkmə müəssisəsində məhkumların əksəriyyəti səs verib - FOTO