Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvətilə sentyabrın 26-da Belarus Respublikasının müdafiə naziri, general-leytenant Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, səfər çərçivəsində qonaqların bir sıra görüşləri və "ADEX-2016" 2-ci beynəlxalq müdafiə sərgisində iştirakı nəzərdə tutulub.
Səfər sentyabrın 29-dək davam edəcək.