Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə (PX) kadr dəyişikliyi olub.
Unikal.org apa-ya istinadən məlumatına görə, Ağaəli Xəlilov PX-nın uzun müddət boş qalan Təsərrüfat İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
A. Xəlilov bundan əvvəl Saatlı rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.
Bundan başqa, Əflatun Məmmədov PX-nın Kadrlar İdarəsinin rəisi təyin edilib.
Xatırladaq ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə 22 iyul 2011-ci il tarixində Saatlı Rayon Polis Şöbəsinin rəisi Ağəli Xəlilov işdən çıxarılıb, sərəncama göndərilmişdi.