AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Unikal.org-un məlumatına görə, iclasda Azərbaycan Premyer Liqası klublarından "Qəbələ" və "Sumqayıt" cəzalandırılıb, AZAL-a xəbərdarlıq olunub.
Qərarlarda bildirilir ki, III turdan təxirə salınmış "Qəbələ - "Sumqayıt matçında meydançaya azarkeş daxil olub və nəticədə 1 dəqiqəlik fasilə yaranıb. "Qəbələ klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimələnib.
85-ci dəqiqədə "Sumqayıtın baş məşqçisi Samir Abbasov texniki zona qaydaların pozduğu üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub. Abasov bu gün "Neftçi" ilə Premyer Liqanın VI tur matçını tribunadan izləyəcək.
VI turun AZAL - "İnter matçında Peşəkar Futbol Liqasının himni səslənməyib və stadionun tablosu işlək vəziyyətdə olmayıb. Bununla əlaqədar AZAL klubuna xəbardarlıq edilib. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubla bağlı daha ciddi tədbir görüləcək.















.jpg)




































