Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmiş, rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunub.
Unikal.org xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq Bakı və Abşeron yarımadasındayerüstü yayımlananümumölkə TV proqramlarının analoq yayımının01noyabr2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının01dekabr2016-cıil tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib.
Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçünDVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılmasıteleradio yayımçılarına və digərmüvafiq qurumlara, eyni zamada Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box-ların)satışının təşkilinin təmin edilməsi tövsiyə olunub.
Vətəndaşlara müraciət:
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 27 sentyabr 2016-cı il tarixli 10 saylı qərarına uyğun olaraq 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılacaqdır.
Növbəti mərhələdə - 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcəkdir.
Televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın -dekoderlərin ("Set-Top-Box-ların)əldə olunması xahiş olunur.