Azərbaycanın tanınmış vəkili axtarışa verilib.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 1960-cı il təvəllüdlü Rəna Həsənli dələduzluqda təqsirləndirilir. O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan edilib, saxlanılması üçün İnterpola müraciət edilib.
Qeyd edək ki, R. Həsənli vəkillik fəaliyyəti ilə məşğul olub. O, həbsdə olan tanınmış teleaparıcı İlham Mirzəyevin hüquqlarını da müdafiə edib.

Qeyd edək ki, Rəna Həsənli Zaur Baxşaliyevin aparıcı olduğu "Onun yarısı", "Ümid var" kimi verilişlərdə ekspert qismində iştirak edib.

Rəna Həsənlinin verilişdəki çıxışından fraqmentə 1:35-ci dəqiqədən baxa bilərsiniz:

 

 

 

 

 

 

Məşhur vəkil-ekspert İnterpolla axtarışa verildi