Azərbaycan-Rusiya sərhədi yaxınlığında Dərbənd şəhərindəki Cəmikənd patrul postunda baş vermiş partlayışın bəzi təfərrüatları məlum olub.
Unikal.org anspress-ə istinadən məlumatına görə, fevralın 15-də baş vermiş partlayışda iştirak edən, yəni həmin terror aktını törədən 25 yaşlı Maqomedali Murliyev əslində avtomaşınına partlayıcının yüklənməsindən xəbərsiz olub.
İstintaq zamanı məlum olub ki, Murliyev idarə etdiyi partlayıcı yüklü maşınla Azərbaycana gəlirmiş. Son vaxtlara qədər Murliyev daxil olduğu qruplaşmanın üzvləri ilə birlikdə meşələrdə gizlənirdi.
Murliyev atışmalardan birində yaralanıb və tibbi yardıma ehtiyacı olub. Tərəfdaşları Murliyevə vəd ediblər ki, onun Azərbaycana qaçmasına şərait yaradacaqlar. Fevralın 15-də onu Azərbaycana keçmək adı altında "VAZ 2109" avtomobilində yola salıblar.
Maqomedali Murliyevin maşında bomba yerləşdirilməsindən xəbəri olmayıb. Avtomobil patrul postuna yaxınlaşanda partlayıcı məsafədən işə salınıb.
Murliyevin qardaşı Feliks Murliyev deyib ki, qardaşı meşələrdə gizlənməkdən yorulmuşdu və ya hüquq-mühafizə orqanlarına təslim olmağı, ya da Suriyaya getməyi düşünürdü.
Xatırladaq ki, "VAZ 2109"un partladılması nəticəsində iki polis əməkdaşı və iki mülki şəxs həlak olub, bir neçə nəfər yaralanıb.
Terror aktı nəticəsində Rusiya-Azərbaycan avtomobil yolunda nəqliyyatın hərəkəti dayanıb. Daha sonra partlayışı Dağıstanın cənubuna fəaliyyət göstərən, İŞİD terror qruplaşmasına biət etmiş yaraqlı qruplaşmasının törətdiyi açıqlanıb.
açıqlanıb.