Bakı Apellyasiya Məhkəməsində qaçaqmalçılıq və qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda təqsirləndirilən İbrahim Şükürov barəsində olan məhkəmə qərarından prokurorun verdiyi apellyasiya protestinə baxılıb.
Unikal.org-un məlumatına görə, məhkəmə birinci instansiya məhkəməsinin qərarını ləğv edib, prokurorun protesti təmin olunub. İ. Şükürov yenidən həbs edilib.
Qeyd edək ki, İ. Şükürov bir neçə il əvvəl tutulub. Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə edib saxlama) maddəsinə əsasən ittiham edilən İ. Şükürov bir neçə il müddətinə azadlıqdan məhrum olunub. İ. Şükürov cəzasının müəyyən hissəsini çəkdikdən sonra Qaradağ rayon Məhkəməsinə müraciət edərək cəzasının qalan hissəsindən vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmasını istəyib. Məhkəmə onun şikayətini təmin edib. Lakin həmin qərardan prokuror apellyasiya protesti verib.