Şəmkirdə zəhərlənmə şübhəsilə 24 nəfər (9-u kişi, 15-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 14-ü azyaşlıdır.
Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
*** 23:45
Şəmkirdə kütləvi zəhərlənmə baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, 20-dən çox şəxs zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər. Məlumata görə həmin şəxlər döndərdən zəhərləni.blər
XXX
23:27
Tovuzda dönərdən zəhərlənən 5 nəfərdən 3-ü azyaşlıdır.
"Unikal"ın məlumatına görə, Tovuz rayonun Əyyublu kənd sakinləri Şəmkirdə yedikləri dönərdən zəhərləniblər.
Hazırda zəhərlənən şəxslərin müalicəsi Tovuz Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Zəhərlənən şəxslər rayonun Əyyublu kənd sakinləri 2002-ci il təvəllüdlü N.Tağıyev, 2024-cü il təvəllüdlü K.Tağıyev, 2021-ci il təvəllüdlü R.Tağıyev, 2010-cu il təvəllüdlü E.Tağıyev və daha bir nəfərdir.
XXX
22:48
Tovuzda zəhərlənmə hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Aşağı Əyyublu kəndində qeydə alınıb. Belə ki, bir ailənin 5 üzvi zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. Məlumata görə, həmin şəxslər dönərdən zəhərləniblər.
Tural Əhmədov