Azad Azərbaycan televiziyasının əməkdaşı, mərhum İlhamə Quliyevanın mətbuat katibi prodüser Faiq Ələkbərli prokrorluqda dindirilib. Bu barədə hüquq mühafizə orqanlarından məlumat verilib.

Unika.org bizimyol.info-ya istinadən bildirir ki, mərhum İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın işində günahlandırılan prodüserin yaxın zamanda həbs olunacağı gözlənilir.

Xalq artisti İlhamə Quliyavanın məlum hadisələrdən dolayı köməkçisi Mehriban Hüseynovadan qisas alaraq ondan yalvararaq üzr istəməsi videolarını çəkməkdə günahlandırılan Faiq Ələkbərli Quliyevanın sağ vaxtında istintaqdan yayına bilsə də, bu dəfə onun məsuliyyətdən qurtara bilməyəcəyi bildirilir.

ATV kanalının rəhbərliyi tərəfindən də xəbərdarlıq edilən prodüserin birinci dəfə istintaqdan yayınmağında aparıcı Zaur Baxşəliyevin və İlhamə Quliyevanın rolu olduğu məlum olub. Mehriban Hüseynovanın təhqir videolarını çəkərək mətbutda paylaşan prodüser Faiq Ələkbərlinin bundan əlavə də bir çox cinayət məsələlərində adı hallanır. Onun bir vətəndaşı aldadaraq saxta sənədlərlə bahalı ev satması haqda da prokrorluğa şikayət edildiyi bildirilir. Verilən məlumatda bir çox məsələlərdə Faiq Ələkbərlinin hüquqlarını müdafiə edən tanınmış vəkil Şəfiqə Nağıyevanın da Ələkbərlinin prodüserlik etdiyi "Bizimləsən" verilişindən ayrıldığı, onların münasibətlərinin pozulduğu, məşhur vəkilin Xəzər telekanalında Xoşqədəm Hidayətqızının "Bizə danış" verilişinə keçməsi də tanınmış prodüserin yaxın zamanlarda həbs olunacağı ehtimalını artırır. Eyni zamanda, Mehriban Hüseynovanın işinin millət vəkili Çingiz Qənizadənin müraciəti əsasında baş prokror Zakir Qaralov tərəfindən nəzarətə götürülməsi, bu iş barədə hər hansı bir şəxsin müdaxiləsini məhdudlaşdırır.
Qeyd edək ki, Faiq Ələkbərlinin bir müddət əvvəl evini əxlaqsızlıq yuvasına çevirməsi haqda da mətbuatda xəbərlər dərc olunmuş, hətda bununla bağlı polisə çağrılaraq xəbərdarlıq edilmiş, sonradan həbs olunma təhlükəsi ilə üzləşsə də, İlhamə Quliyevanın köməkliyi ilə bundan yayına bilmişdi.