Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tank və zirehli texnika üçün nəzərdə tutulan "Şimşək" silahını nümayiş etdirir.
Unikal.org bildirir ki, 2016-cı il istehsallı "Şimşək" 360 dərəcə radiusda fırlanır. Silah, əsasən, BTR tipli tankların üzərinə quraşdırılmaq üçün nəzərdə tutulub. Silah ekonom oturacaq, 60 dərəcə qalxma bucağı, mənfi 14 dərəcə enmə bucağına malikdir.
Silah rəngli ekran, gecə və gündüz müşahidə kameraları ilə təchiz edilib. İkikalibrli silahın hədəfi aşkaretmə qabiliyyəti var. Silahın aşkaretmə zonası 4.5 km-dir.
Hazırda Azərbaycan Ordusunda bu silahlardan istifadə olunur.