SOCAR-AQŞ "Günəşli" yatağındakı 7 nömrəli stasionar dəniz özülündən 317 nömrəli quyuda qazma işlərinə başlayıb.

Müəssisədən Unikal.org -a verilən məlumata görə, quyunun fasilə lay dəstəsinə (FLD) qazılması planlaşdırılır.

Layihə dərinliyi 2 850 metr təşkil edən quyunun sifarişçisi SOCAR-ın "Azneft" İstehsalat Birliyidir.