Azərbaycanda subtitri olmayan filmlər qeydiyyata alınmayacaq.
Unikal.org APA-ya istinadən xəbər verir ki, bunu Mədəniyyət və Turizm Naziliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov deyib. Onun sözlərinə görə, subtitrlə xarici filmlərin nümayiş olunmaması ictimaiyyətdə narahatlıq yaradıb:
Filmlərin qeydiyyata alınması ilə bağlı məsələ bizim üçün yaxşı imkandır. Bu məsələ bizi hər zaman narahat edib. Eyni zamanda mətbuat da bu məsələni bir neçə dəfə qaldırıb.
Tərcüməni təmin etmək üçün kinoteatrlarla məsləhətləşmişik və onlara aprelin 15-ə kimi vaxt vermişik ki, öz distributorları ilə danışıq aparsınlar", - deyə, Y. Şeyxov bildirib.
O qeyd edib ki, subtitrsiz film nümayiş etdirən kinoteatrlar 2 min manat məbləğində cərimə olunacaq.