Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri zamanı dövlət başçısını müşayiət edən nümayəndə heyətinin üzvü Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi ilə görüşüb.

Bu barədə unikal.org-a DTX-nin İctimai əlaqələr şöbəsindən bildirilib. Məlumata görə, işgüzar və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər arasında terrorçuluğa, qaçaqmalçılığa və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı birgə mübarizənin aparılması perspektivləri müzakirə olunub.