Unikal.org-un məlumatına görə, Meksikada meşənin ortasında Sakit okean mənzərəsi olan, palma ağaclarının arasında iki metr hündürlükdə taxtadan tikilən lüks bir ev "Playa Viva" adlanır. Hər cür şəraiti olan bu ev elektrik və isti su üçün günəş enerjisindən faydalanır.
Qeyri adi görünüşlü və lüks bir ev olan "Playa Viva"da itirahət etmək üçün isə bir gecəlik qiyməti 445-620 dollar məbləği arasında dəyişir.