Fransada minlərlə insan ənənəvi ailə modelinə dəstək aksiyası keçiriblər.
Unikal.org xəbər verir ki, "Reportun Frans Press agentliyinə istinadən yaydığı məlumata görə, 23-24 min insan küçələrə axışaraq eynicinsli nikahlara etirazını bildirib.
Aksiya zamanı polis 13 nəfəri saxlayıb. Onlardan 6 nəfər FEMEN hərəkatının aktivistləri olublar. Aksiya zamanı həmin şəxslərin soyunduqları bildirilir. Daha 7 nəfər isə qanunsuz silah gəzdirdikləri üçün saxlanılıblar.