"Rusiya-1 telekanalı "Qərbin qorxduğu Rusiyanın super silahı adlı sənədli film çəkib.

Unikal.org AzVision.az-a istinadən xəbər verir ki, fİlmdə söhbət "İsgəndər raket komplekslərindən gedir.

Jurnalist Arkadiy Mamontov operativ-taktiki raket komplekslərinin yerləşdiyi ərazidə olub və xidməti heyətlə söhbət aparıb.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya rəsmən "İsgəndər M raket komplekslərinin Kalininqrad viləyətində yerləşdirilməsi faktını təsdiqləyib.