Dünya bazarında neft ucuzlaşıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar azalaraq 50,42 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,14 dollar azalaraq 51,24 dollar olub.
Neftin ucuzlaşmasına oktyabrın 18-də neftin bahalaşması ilə əlaqədar bazar iştirakçılarının gəlirlərini hesablaması və dolların xarici valyutalara nisbətdə bahalaşması səbəb olub.
Hazırda Azərbaycan nefti 1 dollardan artıq ucuzlaşıb.
"AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,41 dollar və ya 2,62% azalaraq 52,41 dollar təşkil edib.