Azərbaycanda maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti ilə bağlı hazırlanan qanun layihəsi artıq hökumət səviyyəsində müzakirə olunur. 

Unikal.org-un verdiyi xəbərə görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.

"Ümid edirəm ki, bu məsələni parlamentin növbəti sessiyasında müzakirə edəcəyik", - deyə R.Aslanlı qeyd edib.

Bununla yanaşı, problemli aktivlərin idarə edilməsinin institusionallaşdırılması məsələsi artıq bir müddətdir ki, hökumətdə müzakirə olunur: "Prezidentə də məruzə olunub. Hazırda Maliyyə Sabitliyi Şurasında bu məsələnin institusionallaşmasının forması üzərində iş gedir. Yəqin ki, bu günlərdə bununla bağlı qərar olacaq".