"Xorvatiya şirkətlərinin əksəriyyəti "Halal sertifikatına malikdir. Bu da, həmçinin turizmlə bağlıdır. Biz bütün dünyadan, o cümlədən Azərbaycandan turistlərə öz qapılarını açan inklüziv bir ölkə kimi turizmi inkişaf etdiririk. Ümidvaram ki, Azərbaycandan Xorvatiyaya səfər edən turistlərin sayında artım müşahidə edəcəyik. Buna Xorvatiyanın Avropa İttifaqı ilə tətbiq etdiyi viza rejimi də öz töhfəsini vermişdir".
Unikal.org xəbər verir ki, bu sözləri oktyabrın 24-də Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
O deyib:
"Ümid edirik ki, biz sabah sizin şirkətlərlə kommunikasiya, informasiya texnologiyaları, innovasiyalar, əczaçılıq, tibb, humanitar, minaların təmizlənməsi sahələri üzrə spesifik və konkret müzakirələr aparacağıq. Düşünürəm ki, bu səfərdən sonra həmin sahələrdə biz konkret əməkdaşlıq layihələrinə başlaya bilərik. Ümidvarıq ki, hər iki ölkənin biznes dairələri birgə iş görəcəklər və bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər.
Cənab Prezident, bizi səmimi qarşıladığınız üçün Sizə bir daha təşəkkürümü bildirirəm".