Bakıda mənzillərə suyun verilmə qrafiki niyə dəyişdirilir?
14:23 15-03-2012
İQTİSADİYYAT
Bakıda mənzillərə suyun verilmə qrafiki niyə dəyişdirilir?
Bakının Binəqədi rayonunun bir hissəsi artıq 1 həftədir ki, içməli su üzünə həsrət qalıb. Bunu Azadlıq prospekti 187 ünvanında yaşayan sakin yazdığı məktubda bildirir: "Mənzilimizə bəzi hallarda yalnız yalnız gecə saatlarında su gəlir, onun da təzyiqi çox aşağı olur. Qaynar sudan isə tam məhrumuq".
Məsələyə münasibət bildirən "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı hazırda Bakının su təchizatı və kanalizasiya sisteminin müasirləşdirilməsi üçün genişmiqyaslı işlərin aparıldığını söyləyib. "Qurumumuzun qarşısına qoyulmuş vəzifələrdən biri paytaxt əhalisinin fasiləsiz su ilə təminidir. Bu istiqamətdə işlər Bakının bütün rayonlarında aparılır", - deyə A.Cəbrayıllı bildirib.
O, eyni işlərin şikayətin daxil olduğu ünvanda da aparıldığını söyləyib: "Həmin ünvana əvvəllər su nasos stansiyası vasitəsilə verilirdi. İndi isə bunu özbaşına axınla etməyə başlamışıq. Hazırda bu rejim sınaqdan keçirilir. Nəticədə 8-9-cu mərtəbələrə su aşağı təzyiqlə qalxır. Digər mərtəbələrdə təzyiq normaldır. Artıq su anbarında suyun səviyyəsi artırılıb və heç bir problem qalmayıb. Anbarda suyun səviyyəsi artırılan kimi suyun təzyiqi də artır. 187 saylı binanın sakinlərinin nəzərinə çatdırmaq istəyirəm ki, əvvəllər onlara su fasilələrlə verilirdisə, bundan sonra onlar fasiləsiz su ilə təchiz olunacaqlar. Azadlıq prospektindəki digər binalar da yeni rejimə keçirilib".
A.Cəbrayıllı yeni rejimə keçidlə əlaqədar olaraq, Binəqədi rayonunda 9 nasos stansiyasının ləğv olunacağını bildirib.
Sənan Mirzə
Digər Xəbərlər
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42