"Formula 1" üzrə Macarıstan Qran-prisində yarış həyəcanı ilə yanaşı diqqət çəkən məqam yaşanıb.  

"Unikal" xarrici KİV-ə istinadən xəbər verir ki, Çexiya Prezidenti Petr Pavel yarış həftəsonunu dövlət nümayəndəsi kimi deyil, FIA akkreditasiyasına malik rəsmi fotoqraf qismində izləyib.

Belə ki, 64 yaşlı prezident uzun illərdir məşğul olduğu fotoqrafiya həvəsini Hungarorinq trasında da davam etdirib. O, peşəkar fotoaparatı ilə yarışdan kadrlar çəkib. 

Macarıstanın Baş naziri Peter Magyar trasda Paveli fotoqraf kimi görəndə təəccübünü gizlədə bilməyib. O, sosial şəbəkədə Pavellə çəkdirdiyi fotonu paylaşaraq yazıb:

“Bu gün Hungarorinqdə qarşılaşdığım fotoqrafın kim olduğunu bilirsiniz? Bu, Çexiya Prezidenti Petr Paveldir. O, buraya fotoqrafiya həvəskarı kimi özəl səfərə gəlib”. 

Qeyd edək ki, bu, Petr Pavel üçün ilk belə təcrübə deyil. O, bu ilin iyununda keçirilən məşhur “Le Mans 24 Saat” yarışını da fotoqraf kimi izləyib. Bundan başqa, Brnodakı MotoGP və Dünya Superbike yarışlarında, ABŞ-dəkı NASCAR seriyasında və Səudiyyə Ərəbistanında təşkil olunan Dakar rallisində də obyektivi ilə yadda qalan anları lentə alıb.

Gülayə Mecid