Çinin Çjetszyan əyalətində bir evdən 436 piton aşkar edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Tayçjou şəhərində bir vətəndaşın səlahiyyətlilərə böyük bir piton gördüklərini bildirməsi ilə başlayıb. Məlum olub ki, kişi evində nə az, nə də çox, düz 436 piton saxlayır.
Bu səbəbdən o, evində il boyu isti və rütubətli bir mühit yaradıb. Araşdırma zamanı mütəxəssislər kişinin evində qeyri-adi dərəcədə yüksək elektrik istehlakı aşkar edib.
Polis reyd zamanı yüzlərlə pitonu müsadirə edib. İşlə əlaqədar üç nəfər həbs cəzasına məhkum edilib. Plastik qutularda saxlanılan pitonlar müsadirə edilərək daha sonra zooparka təhvil verilib.






























.jpg)

.jpg)


.jpg)






.jpg)


.jpg)

.jpg)




