Dünəndən əsən güclü külək nəticəsində Bakı şəhərində 7 ağac aşıb, 22 budaq sınıb.

Bu barədə "Unikal"a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib.

Məlumata görə, birliyin briqadaları sınan ağacların kəsilməsi, sınan budaqların budanmasını operativ şəkildə təmin ediblər.