Braziliya Xarici İşlər Nazirliyi Argentinadakı səfiri Julio Bitellinin məsləhətləşmələr üçün geri çağırıldığını elan edib.

"Unikal" xəbər verir ki, bu qərar Argentina prezidenti Xavyer Mileyin Braziliya prezidenti Lula da Silvaya qarşı sərt və təxribatçı açıqlamalarına cavab olaraq verilib.

Daha əvvəl Argentina Prezidenti Lula da Silva və hakim Aleksandr de Moraes haqqında kifayət qədər sərt fikirlər səsləndirərək birincini "məhbus", ikincini isə "keçəl iyrənc" adlandırmışdı.