İranın xarici işlər naziri Abbas Əraqçi Ukraynanın Xəzər dənizində İrana məxsus gəmiyə hücumunun cavabsız qalmayacağını bəyan edib.

"Unikal" xəbər verir ki, nazir bu barədə sosial media hesabında paylaşım edib.

Əraqçi bildirib ki, məsələ ilə bağlı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışıqları aparıb.

Nazirin sözlərinə görə, sözügedən hücum və onun mümkün nəticələri telefon danışığı zamanı müzakirə olunub.