İranın Ali Lideri Müctəba Xamenei ABŞ ilə müharibəyə son qoymaq üçün əsas şərti açıqlayıb.

"Unikal" xəbər verir ki, onun sözlərinə görə, "İran üçün Livanın ərazi bütövlüyünün qorunması və İsrail təcavüzünə tam, qeyd-şərtsiz son qoyulması təcavüzkar - ABŞ ilə tətbiq edilən müharibəyə son qoymaq üçün anlaşma memorandumunun əsas şərtləridir".

Xamenei Hizbullahın baş katibinə göndərdiyi məktubda isə bildirib ki, hərəkat "sionist rejimin və onun tərəfdarlarının hücumuna" qarşı qətiyyətlə müqavimət göstərir.

O vurğulayıb ki, "bu qətiyyət azad dünya üçün ilham mənbəyinə çevrilib".