Dünya futbolunun əfsanəsi və 2006-cı il Dünya Kubokunun qalibi Andrea Pirlo Rusiya ilə əlaqələri səbəbindən İtaliya millisindən qovulub. 

"Unikal" xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" qəzeti məlumat yayıb.

Pirlo İtaliya milli komandasının baş məşqçisi vəzifəsinə iddialı idi, lakin onun təyinatı İtaliya Futbol Federasiyasının prezidenti tərəfindən bloklanıb. Bu qərar Pirlonun Rusiya bukmeker şirkəti ilə əlaqəsinə görə idi.

Hazırda idman direktoru vəzifəsini icra edən Paolo Maldini də milli komandadan ayrılmağa hazırlaşır. O, 16 gün əvvəl təyin olunub.

Ağarza Elçinoğlu