Türkiyədə İstanbul Prokurorluğunun musiqiçi Haluk Leventə məxsus "Ahbap" dərnəyinə qarşı apardığı istintaq çərçivəsində jurnalist Uğur Dündar, sənətçi və rejissor Mahsun Kırmızıgül, müğənni və aktrisa Gülben Ergen, aktrisa Elçin Sanqu, rok ifaçısı Hayko Cepkin ifadə verməyə çağırılıb.

"Unikal" xəbər verir ki,bu barədə Türkiyə mətbuatı yazıb.  

İstintaqın təfərrüatları və sözügedən şəxslərin hansı səlahiyyətlərlə ifadə verəcəkləri ilə bağlı hüquqi proses izlənilir.

Xatırladaq ki, sözügedən istintaq çərçivəsində daha əvvəl "Ahbap" dərnəyinin təsisçisi, musiqiçi Haluk Levent və "Babala TV"nin yaradıcısı Oğuzhan Uğur həbs olunub.