Göygöldə yaşlı kişi qətlə yetirilib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb. Kənd sakini, 1923-cü il təvəllüdlü Kamil Məmmədov yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib. Onun evdə tək yaşadığı bildirilir.
Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda hadisə yerində araşdırma aparırlar.