Milli Məclisin deputatı Ağalar Vəliyevin MTN rəhbərliyi tərəfindən şantaj olunaraq ondan pul alınması ilə bağlı xəbərlər yayılmışdı.

Məsələ ilə bağlı Unikal.org-un əməkdaşı millət vəkili ilə əlaqə saxlayıb. O saytımıza açıqlamasında bildirib ki, bu xəbərlər tamamilə cəfəngiyyatdır: "Yayılan xəbərlər həqiqətə uyğun deyil. Heç bir əsası olmayan cəfəng fikirlərdir. Mən heç vaxt MTN-ə çağrılmamışam, niyə də çağrılmalıyam?. Hər zaman dövlətə, dövlətçiliyə xidmət etmişəm, bundan sonra da belə olacaq