Keçmiş teleaparıcı Zənurə Talıbova yeni vəzifəyə təyin olunub.

Unikal.org AzNews.az-a istinadən xəbər verir ki, Talıbova İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində fəaliyyətə başlayıb. O, burada PR menecer kimi fəaliyyət göstərəcək.

Keçmiş teleaparıcı məlumatı təsdiqləyib.

Qeyd edək ki, telejurnalist Zənurə Talıbova ANS telekanalının "İç xəbər verilişinin layihə rəhbəri olub.