"Facebook şirkətinə məxsus "WhatsApp messenceri tədricən "Android platforması ilə işləyən qurğularda videozəng funksiyasını aktivləşdirir.

Unikal.org ICTnews-a istinadən xəbər verir ki, artıq "WhatsApp messencerinin ən son beta versiyasında (2.16.318) kamera vasitəsilə ünsiyyət saxlamaq olar, amma internetdən "APK faylını yükləmək lazımdır.

Yaxın günlərdə videozəng funksiyasının geniş kütlə üçün əlçatan ediləcəyi gözlənilir.

Danışıq zamanı səsi alaraq smartfonun arxa və ön kameraları arasında keçid etmək olar.