Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 31-də 50 milyon manatın cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.
Unikal.org-un məlumatına görə, hərrac "Bloomberg" ticarət platformasında keçiriləcək. Depozitlər üzrə faiz dərəcəsi 12,01-14,99 % arasında dəyişəcək.
Vəsaitlərin yerləşdirmə müddəti 28 gündür.
Qeyd edək ki, Azərbaycanda 32 bank fəaliyyət göstərir.