Narkotik alveri və odlu silah saxlamaqda təqsirləndirilən iş adamı Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə başlayıb.

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinaytlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Vəkil Adəm Məmmədov bildirib ki, müdafiə etdiyi şəxs barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verib. O, qeyd edib ki, müdafiə etdiyi şəxs Qarabağ müharibəsi iştirakçısıdır. Məhkəmə vəsatəti təmin etməyib. Baxış iclası noyabrın 1-nə təyin edilib.

Qeyd edək ki, N. Əliyev Bakıxanov qəsəbəsində olan "Şəhriyar" şadlıq evinin sahibidir. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələrinə əsasən ittiham olunur.