Lənkəranda sərnişin avtobusu qəzaya uğrayıb.

Unikal.org DİN-ə istinadən bildirir ki, oktyabrın 27-də saat 20 radələrində Lənkəran şəhərində rayon sakini Cabir Baxşıyevin idarə etdiyi "PAZ" markalı avtobus və Astara rayon sakini Elşən Novruzovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus toqquşub.

Qəzanın baş verməsi nəticəsində E.Novruzovun xəsarət almış 6 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar. Hadisə ilə bağlı Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.