Avqustun 18-də Türkiyədə qətlə yetirilən azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin qəbirüstü abidəsi hələ də hazır deyil.

Unikal.org xəbər verir ki, qafqazinfo-nun Lənkəran şəhərində olan əməkdaşı qanuni oğrunun məzarına baş çəkib. Məlum olub ki, ölümündən 3 aydan çox vaxt keçsə də, hələ ki, məzarının üstü götürülməyib. Məzarın üstü yağışdan qorunmaq üçün çardaqla örtülüb.

Əməkdaşımız həmçinin avtoritetin məzarının hələ də ziyarət olunduğunu və qəbrinin üstünün gül çələnglərinin düzüldüyünü müşahidə edib.

Yaxınları bildirib ki, Rövşənin qəbirüstü abidəsi il mərasiminə qədər hazır olacaq:

"Buna görə Bakıdan memarlar gəlib və layihəsini hazırlayıblar. Abidənin özü isə Hindistan və ya Çində hazırlanacaq".

Avtoritetin məzarının hazırkı vəziyyətini əks etdirən fotoları təqdim edirik:

Lənkəranskinin qəbirüstü abidəsi bu ölkədə hazırlanacaq -  Fotolar
Lənkəranskinin qəbirüstü abidəsi bu ölkədə hazırlanacaq -  Fotolar