Xəbər verdiyimiz kimi, oktyabrın 27-də saat 16:00 radələrində hərbi poliqonlardan birində praktiki məşqlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində hərbi qulluqçumuz Miriyev Telman Mirbaba oğlu həlak olub.
Unikal.org-un məlumatına görə, artıq polkovnik-leytenant Telman Miriyev doğulub boya-başa çatdığı Cəlilabad rayonunun Günəşli kəndində torpağa tapşırılıb.
Yaxınlarının verdiyi məlumata görə, bədbəxt hadisə nəticəsində şəhid olan zabitimiz bu ilin aprel döyüşlərində də fəal iştirak edib. Ailəlidir və Zeynəb adlı 5 yaşlı qızı var.
Şəhid olan zabitimizin 5 yaşlı qızıyla fotosun oxuculara təqdim edirik.
Allah rəhmət eləsin!