Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.
Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange) birjasında "Layt markalı neftin bir barrelinin qiyməti 1,02 dollar ucuzlaşaraq 48,70 dollar, Londonun ICE ("InterContinental Exchange Futures) birjasında "Brent markalı neftin bir barrelinin qiyməti isə 0,76 dollar azalaraq 49,71 dollar olub.