Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Unikal.org-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 28-i ilə müqayisədə dəyişməyərək 1,6381 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,58% möhkəmlənərək 1,7967 manat olub.
Gürcüstan larisinin məzənnəsi 0,53% bahalaşaraq 0,6861 manat təşkil edib.