Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmində azalma müşahidə olunur.

Unikal.org "APA-Economics"ə istinadən xəbər verir ki, 2016-cı il oktyabr ayının 30-a tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 5,5 mln. ABŞ dolları təşkil edib. Bu, sentyabr ayı ilə müqayisədə 3,08% və ya 127,2 mln. dollar azdır.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 41,4% və ya 2 mlrd. 829,1 mln. dollar azalma olub.