Bakıda qonaq olan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı qəfil ölüb.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, hadisə Nəsimi rayonu Nizami küçəsi 61 ünvanının qarşısında - "Tarqovı" məhəlləsi adlanan yerdə baş verib. BƏƏ vətəndaşı, 1963-cü il təvəllüdlü Abdulla Xatın İbrahim yeriyərkən qəfil halı pisləşib və yıxılıb. Təcili tibbi yardım briqadası gəlincə, o keçinib.
Ölüm faktı ilə bağlı araşdırma aparılır. A.İbrahimin Bakıya turist kimi gəldiyi bildirilir.