Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının noyabrın 9-nə olan rəsmi məzənnəsini 1,6781 AZN/USD səviyyəsində müəyyən edəcəyi gözlənilir.
Unikal.org bildirir ki, "Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, bu gün keçirilən valyuta hərracında 2-ci seansın bağlanış məzənnəsi 1,6781 AZN/USD olub.
Qeyd edək ki, son vaxtlar AMB hərraclarda 3-cü seansı keçirmir. Buna görə də sabaha olan rəsmi məzənnənin (axşama qədər banklararası valyuta satışı həyata keçirilməsə) məhz bu səviyyədə olacağı ehtimal edilir. Bu isə məzənnənin 0,57% artması deməkdir.
Sabaha olan rəsmi məzənnə 1,6781 AZN/USD səviyyəsində təsdiqlənərsə, bu, Azərbaycanda dolların məzənnəsi ilə bağlı yeni tarixi maksimum olacaq. Belə ki, bundan əvvəl ən yüksək rəsmi məzənnə bu gün (1,6686 AZN/USD) qeydə alınıb.
"Report"un analitik qrupu sabah, noyabrın 9-a olan AMB-nin rəsmi AZN/USD məzənnəsinin 1,68 səviyyəsini keçəcəyini istisna etmir.