Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Unikal.org xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA tərəfindən təşkil olunan müxtəlif çempionatlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

U-19 Liqasında "Kəpəz (Gəncə) - "Turan (Tovuz) matçının 44-cü dəqiqəsində "Kəpəzin futbolçusu Rəşad Nağıyev hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb. Oyunun 88-ci dəqiqəsində "Turan Tovuzun futbolçusu Məhərrəm Hacıyev rəqibi təhqir etdiyinə görə 3 oyun cəzalanıb.

U-10 Liqasında "Leon FK (Bakı) - "Təhsil FM (Bakı) matçı başa çatdıqdan sonra "Təhsil FM klubunun məşqçisi Tural Kərimov oyunun baş hakiminə qarşı qeyri-etik ifadələr işlətdiyinə və fiziki təsir göstərdiyinə görə 1 il yarışlardan kənarlaşdırılıb.