Beyləqanda uşaq bağçası yanıb.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Beyləqan şəhərində İcra Hakimiyyətinə məxsus ümumi sahəsi 1600 m2 olan ikimərtəbəli uşaq bağçasının 1-ci mərtəbəsində Füzuli rayon məcburi köçkününün məskunlaşdığı sahənin 30 m2 olan 2 otağının yanar konstruksiyaları və ev əşyaları 25 m2 sahədə yanıb.
Bağça binası yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.