Gəncədə "İmamzadə kompleksinin mütəvəllisi və Qafqaz Müsəlmanları İdarəsinin Qərb regionu üzrə nümayəndəsi Hacı Tahirlə şəhərin icra hakimiyyətinin başçısı Elmar Vəliyev arasında yaranan qalmaqal böyüyür.

Mətbuatın yazdığına görə, guya icra başçısının təzyiqi ilə Hacı Tahir işdən kənarlaşdırılıb.

Unikal.org məsələylə bağlı dəqiqləşdirmə aparıb. Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) təşkilat şöbəsinin müdiri Hacı Əlirzanın saytımıza verdiyi açıqlamaya görə, Hacı Tahir işdən kənarlaşdırmayıb: "Deyilənlər yalandır. Hacı Tahir hazırda öz işinin başındadır. O, işdən çıxarılmayıb.

Orxan Həsənli